İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Baş katibi keşiş kimi danışır

Dünyanın 1 saylı hərbi qurumunun rəhbəri Stoltenberq deyib ki, indi Ukraynada olan dağıntılar, İkinci Dünya Müharibəsindən sonra Avropada olmayıb.

Sitat: “Hazırda Ukraynada baş verənlər çox ağrılıdır. Biz Avropada İkinci Dünya Müharibəsindən bəri görmədiyimiz miqyasda insan əzablarını, dağıntıları görürük. Və mən Ukrayna xalqının Rusiyanın işğalına, Putinin qüvvələrinə qarşı dayanan cəsarətini təqdir etmək istərdim. Ona görə də biz dəstəyimizi gücləndiririk”.

Musavat.com-un bu açıqlamaya qısa şərhi: Cənab Stoltenberg, siz NATO Baş katibisiz, yoxsa, Roma Papası? Qoymayın, dayandırın Putini! Buna NATO olaraq bütün imkanlarınız var. Bunun üçün Ukrayna Prezidenti Zelinskinin NATO və kollektiv Qərbdən israrla istədiklərini həyata keçirtməniz yetərlidir. Onıardan biri və ən əsası isə, Ukrayna hava sahəsini uçuşa qadağan elan etmənizdir. Etmirsiz və bu müharibənin uzanması NATO və kollektiv Qərbin də maraqlarına uyğundir. Ölən, didərgin düşən isə Ukrayna xalqıdır. Dağılan tifaq və şəhərlər də Ukraynanındır. Necə ki, bu barədə Roma Papası kimi danışırsız...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR