İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomaniya yuvasına çevrilən tələbə yataqxanası - VİDEO

"Dostluq" kino teatrının yaxınlığında yerləşən və dağılmaq üzrə olan tikili narkomanlar üçün əsl tiryəkxanaya çevrilib.

Musavat.com xəbər verir ki, Nəsimi rayonunda uzun illər tələbə yataqxanası olan binada keçmiş məcburi köçkünlər məskunlaşmışdı.

Bir müddət öncə onlar bu ərazidən köçürüldükdən sonra narkotik aludəçiləri binadan tiryəkxana kimi istifadə edirlər. 

Bir vaxtlar tələbələrin qaldığı məkanda, günün hər saatında narkomanlara rast gəlmək mümkündür.  

Bura yığılan narkomanlar köhnə yataqxana binasının hər küncündə yaşamaq üçün özlərinə şərait qurublar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev ATV-yə bildirib ki, həmin əraziyə əlavə naryad qrupları təhkim olunub. Neqativ hallar tam aradan qaldırılana qədər gücləndirilmiş şəkildə nəzarət tədbirləri davam etdiriləcək.

Onu da qeyd edək ki, köhnə yataqxana binası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansındadır. Burada 2014-cü ildə söküntü işləri başlayıb və sonradan işlər yarımçıq dayandırılıb. 

Ətraflı süjetdə:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR