Onlayn ictimai-siyasi qəzet
İstanbul Hava Limanında polislər tərəfindən aparılan axtarış zamanı mədəsində şişlik müşahidə edilən kuryerin 820 qram kokain udduğu müəyyən edilib.
Musavat.com xəbər verir ki, İstanbul Hava Limanı Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat qrupları narkotik cinayətləri ilə mübarizə tədbirləri çərçivəsində Sao Paolo-İstanbul reysini həyata keçirən təyyarədəki bir sərnişini yaxından təqib edib.
Təyyarə eniş etdikdən sonra mühafizə qrupları tərəfindən sərnişinin fiziki təqibinə başlanılıb. Gömrük məntəqəsində saxlanılan və rentgen müayinəsindən keçən şübhəlinin çamadanında cinayət tərkibi aşkar edilməyib. Polislər onun üzərində axtarış apararkən şübhəlinin qarnında şişkinlik olduğu müəyyən edib. Tomoqrafiya cihazına aparılan şübhəlinin çoxlu sayda kapsul udduğu müəyyən edilib.
Səhiyyə müəssisəsində aparılan müayinə nəticəsində kapsulların içindəki maddənin kokain olduğu müəyyən edilib və kuryerin 820 qram kokaini udduğu məlum olub.
Qaziosmanpaşa Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində şübhəli həbs edilib.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ