İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm adamları HƏYƏCAN TƏBİLİ ÇALIR - Milyonlarla insanın sağlamlığı TƏHLÜKƏDƏ

Case Western Reserve Universitetinin apardığı araşdırmaya əsasən, dünya əhalisinin 85%-i beyin, ürək, görmə və immun sisteminin normal fəaliyyəti üçün vacib olan omega-3 yağ turşularını kifayət qədər qəbul etmir.

Musavat.com xəbər verir ki, bu çatışmazlığın əsas səbəbləri iqlim dəyişikliyi, balıqların həddindən artıq ovlanması və okeanların çirklənməsidir.

Bu amillər omega-3 tərkibli qidaların əlçatanlığını azaldır.

Omega-3 çatışmazlığı həmçinin ürək-damar xəstəlikləri, xərçəng, vaxtından əvvəl doğuş və psixi pozuntular riskini artırır.

Alimlər vəziyyətdən çıxış yolu kimi omega-3 ilə zəngin məhsulların istehsalını artırmağı və orqanizmdə tarazlığı pozan omega-6 qəbulunun azaldılmasını tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR