Onlayn ictimai-siyasi qəzet
Finlandiyanın qərbindəki Eura aerodromunun yaxınlığında Tallinndən havaya qalxan iki helikopterin toqquşması nəticəsində 5 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın milli yayım şirkəti ERR ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Daha əvvəl Finlandiyanın ictimai yayım qurumu "Yle" yerli xilasedici xidmətə istinadla bildirib ki, bu gün günün birinci yarısında Satakunta bölgəsində iki helikopter toqquşub.
Finlandiya polisi daha sonra məlumatı təsdiqləyərək bildirib ki, "Robinson R44 Raven" tipli yüngül model olan iki helikopterdə ümumilikdə 5 nəfər olub, birində iki, digərində isə üç nəfər. Hal-hazırda hüquq-mühafizə orqanları həlak olanların şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
Estoniya Xarici İşlər Nazirliyinin konsulluq yardım şöbəsinin direktoru Margus Sarglep ERR-ə açıqlamasında qəzadan sağ çıxan olmadığını bildirib. O, həlak olanların kimliyi barədə məlumat verməyib. Estoniyanın bəzi KİV-ləri isə öz mənbələrinə istinadla bildirirlər ki, həlak olanlar arasında bir neçə estoniyalı sahibkar ola bilər.
Finlandiya Müdafiə Nazirliyi isə toqquşmanın ölkənin hava məkanında baş versə də, hərbi obyektlərlə və texnika ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ