İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada uzaqmənzilli raket istehsalına başlanır: ATACMS, Patriot...

Almaniyanın silah nəhəngi "Rheinmetall" və "Amerikanın Lockheed Martin" şirkətləri ATACMS, GMLRS, Hellfire, JAGM və PAC-3 raketlərinin istehsalı üzrə birgə müəssisə yaradır.

Musavat.com xəbər verir ki, məlumatı Hartpunkt nəşri yayıb.

Bildirilir ki, ABŞ-dan asılılığı azaltmaq və təchizatı sürətləndirmək üçün Avropada mərmi və raketlərin, o cümlədən Patriot hava hücumundan müdafiə sistemi üçün silahların geniş miqyaslı istehsalı qurulur.

Rheinmetall-ın baş direktoru Armin Papperger bunun səbəbinin ABŞ-da istehsal gücünün Avropadakı tələbatı ödəməyə kifayət etməməsi olduğunu bildirib. “Bəzən Amerikadan raket almaq üçün on il gözləməli olursan, bu, çox uzun müddətdir.

Papperger əlavə edib ki, şirkət birgə müəssisənin 60 faizinə nəzarət etməyi planlaşdırır. Gücü ildə 10 minə qədər raket istehsalına imkan verəcək. Müəssisədə istehsalın 2026-2027-ci illərdə başlanması nəzərdə tutulub.

Qeyd olunur ki, Ukrayna və Avropa ölkələrinin ehtiyac duyduğu uzaqmənzilli raketlərin istehsalına xüsusi diqqət yetiriləcək.

Hazırda Lockheed və Rheinmetall ABŞ və Almaniya hökumətlərinin təsdiqini gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR