İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın büstünü hazırladı - FOTOLAR

Mərhum millət vəkili Qənirə Paşayevanın büstü hazırlanıb.

Musavat.com xəbər verir ki, büstü heykəltaraş Elxan Zeynalov işləyib.

O, bu barədə sosial media hesabında paylaşım edib:

"Dərin hörmət və ehtiramla bu büstü mərhum millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb.

Bu iş mənim üçün sadəcə sənət yox, həm də bir borc idi. Onu tanıyan və sevən biri kimi",- heykəltaraş bildirib.

Qeyd edək ki, Qənirə Paşayeva 2023- cü ilin 28 sentyabrında müalicə aldığı xəstəxanada vəfat edib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR