Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir və hadisə ilə bağlı 24 nəfər saxlanılıb.
Bu hadisələr fonunda Narinin yaxınlarının bölgədəki prosesləri anbaan izləyən, araşdıran və işıqlandıran Ferit Dəmir adlı müxbiri təhdid etdikləri məlum olub.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, təhdid xəbəri Narinin qohumu olduğu deyilən qadının ötən gün dəfn mərasimində camaata qışqıraraq - "Gedin yalan danışın", - dediyi görüntüləri xatırladıb.
Belə ki, Narin qohumu olan qadının üzünü camaata tərəf tutaraq - "Gedin yalan danışın, yaxşımı?" - deyə qışqırması diqqət çəkib. Bu zaman əvvəlcə qadının yanında olan digər bir qadın, sonra isə bir kişi onu susdurmağa çalışıb. Qadın susmadıqda kişi hətta ona yumruq vurub.
Ferit Demir hər veriliş zamanı yerini dəyişdiyini deyib.
"Bu gün qəbiristanlıqda bir nəfər mənə yaxınlaşdı və "Əslində biz səni öldürməliyik, sən niyə bunları söyləyirsən?" - deyə təhdid etdi. Biz bildiklərimizi təhlükəsizlik qüvvələrinə danışdıq. Mən və dostlarımız jurnalist olaraq şübhələrimizi, mümkün vəziyyəti və kənd icra nümayəndəsinin (Narinin qətlində şübhəli bilinən və həmçinin kəndin icra nümayəndəsi olan Salim Güran - red.) ikinci gündən etibarən əsas şübhəli olduğunu bildirdik.
Bunu bu günə kimi deməmişdik, Narin tapıldığı üçün indi açıqlayıram. Hər verilişdə dəfələrlə yer dəyişdirirəm. Həqiqətləri danışırsan deyə təhdid edirlər. Hətta Ədliyyə Tibb İdarəsinin qarşısında kimsə hücum etməyə cəhd etdi, biz bunu yayımlamadıq. Amma geri addım atmadıq. Niyə atmalıyıq? Narinin başına nə gəldiyini araşdırmağa çalışdıq, əsla geri addım atmadıq. Ortada Narin adlı kiçik bir uşaq var..." - deyə Ferit Demir başına gələnlərdən bəhs edib.
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ