İnsanlara hürriyət, millətlərə istiqlal!

Narinin əmisi də saxlanıldı

Türkiyənin Diyarbəkir şəhərində itkin düşən 8 yaşlı Narin Gürandan 13 gündür xəbər yoxdur.

İstintaq çərçivəsində Narinin qardaşından sonra əmisi də saxlanılıb.

Azyaşlının əmisi, həm də Tavşantəpə kəndinin muxtarı olan Sami Güranın dindirilməsi başa çatıb. O, həbs tələbi ilə məhkəməyə göndərilib.

Bildirilir ki, əmiyə hadisə günü telefonunun niyə 1 saat söndürüldüyü, kəndi niyə tez tərk etdiyi və onun maşınında aşkarlanan Narinin DNT nümunələri ilə bağlı suallar verilib.

İstintaq çərçivəsində prokurorluğun qərarı ilə telefonu müsadirə edilən S. Güranın sosial şəbəkə hesabları, son zəng qeydləri və mesajları da araşdırılıb.

Kibercinayətlərə Qarşı Mübarizə qrupları tərəfindən aparılan araşdırmada onun telefonundan bəzi telefon nömrələrini və yazışmaları sildiyi müəyyən edilib.

Qeyd edək ki, hadisə avqustun 21-i Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə kəndində baş verib./Qafqazinfo.az/






ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR