İnsanlara hürriyət, millətlərə istiqlal!

Naqif Həmzəyev: “Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə iki dəfə pulsuz olsun”

Parlamentin iclasında çıxış edən deputat Naqif Həmzəyev paytaxtdakı tıxaclardan bəhs etdi. Bildirdi ki, günün ayrı-ayrı saatlarında tıxacların yaranmasının konkret səbəbləri var. N.Həmzəyev bu problemin əsasən, dərslərin başladığı saatlarda yarandığını söylədi. Bildirdi ki, hər evdən bir avtomobil çıxırsa və uşaqlar məktəblərə aparılırsa, bu halda nəqliyyat vasitələrinin sıxlığının yaranması təbiidir. Odur ki, deputat bu sıxlığın aradan qaldırılmasını təmin etməkdən ötrü müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın gündə heç olmasa iki dəfə pulsuz olmasını təklif etdi: “Həmçinin ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır ki, Bakıda tıxac problemi qismən həll olunsun. Payız tətilində biz gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR