İnsanlara hürriyət, millətlərə istiqlal!

Nanə müğənniləri hədələdi: "Sizi yaxşı tanıyıram"

"Qeybət sevmirəm. Kimsə yanımda başqasının söhbətini edəndə bilirəm ki, mənim haqqımda da orada danışır. Bu, birmənalı şəkildə belədir. Hər zaman bir cavabım var: mənə maraqlı deyil, danışmayın. Bir insan haqqında öz fikrim formalaşmalıdır. Bir insan haqqında gördüklərimə əsasən fikir söyləyə bilərəm. Başqasının fikri mənim üçün önəmli deyil. Kim məni nə qədər sevir, nə qədər dəyər verir gözəl bilirəm".

Bu sözləri aparıcı Nanə Ağamalıyeva verilişində deyib.

O, proqramına dəvət etdiyi sənət adamlarına xəbərdarlıq edib: 

"Əvvəl Toliklə (aparıcı-prodüser Tarix Əliyev - red.) qonşu kanalda veriliş aparırdı. Qonaq mənim verilişimdən çıxıb, gedib Tolikin verilişində başqa söz deyirdi. Yalan danışırdı. Etməyin belə şeylər. İndi də qulağıma başqa söhbətlər çatır. Hamısı həmkarlarımızdır. Bəziləri deyir ora getmədim, bura gəldim. Bunu heç vaxt etmirəm. Hamımız hamınızı yaxşı tanıyırıq. Mən də hamını yaxşı tanıyıram".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR