İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nalji” qasırğasının Filippinə vurduğu ziyanın miqyası açıqlanıb

Filippində 932 mindən çox insan “Nalji” qasırğasından zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Riskinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şura məlumat yayıb.

Dərc edilmiş hesabata görə, qasırğa nəticəsində 48 nəfər həlak olub, daha 40 nəfər yaralanıb, 22 nəfər itkin düşüb.

Eyni zamanda, təsdiqlənməmiş məlumatlara görə, 72 nəfərin öldüyü bildirilib.

Qeyd olunub ki, 550-dən çox bina zədələnib, 160-a yaxın bina tamamilə dağılıb. Bəzi infrastruktur obyektlərinə, o cümlədən 6 hava limanına və 78 dəniz limanına ziyan dəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR