Onlayn ictimai-siyasi qəzet
Ruben Vardanyanı “sülh tərəfdarı” hesab edən erməni futbolçuya bəzi xatırlatmalar...
Qarabağda baş verən tarixi hadisələr fonunda erməni futbolçu Henrix Mxitaryanın səsinin çıxmamasına doğrusu, bir az da təəccüblənmək olardı. “İkinci dövlət arzuları”nın puç olmasından, Ermənistan cəmiyyətinin psixoloji vəziyyətindən və dünya ermənizminə dəyən ağır zərbədən sonra əslində Mxitaryanın sözü də olmamalı idi.
Mxitaryan 2007-ci ildən oynadığı Ermənistan milli komandasından bu ilin martında gözlənilmədən ayrılandan sonra xeyli özünə yığışmışdı, erməniləri əvvəlki kimi fəal müdafiə etmirdi. Mxitaryan deyilənə görə, milli komandadan inciyib gedib.
Ermənistan milli komandasının uğursuz oyunlarında ən çox onu günahlandırmaqları Mxitaryanın xətrinə dəyib və bir daha komandaya qayıtmayıb. Əslində Mxitaryanın narazılığı 2020-ci ildən başlamışdı, bir ara millinin oyunlarını boykot da etdi. Buna səbəb isə Ermənistan Milli Futbol Assosiasiyasında yüksək posta iddialı anasına qarşı kampaniya olmuşdu. Məncə, Mxitaryan nə yaşına (33), nə uğursuzluğa görə getmədi millidən. O, Ermənistanın müharibədə uduzmasını həzm edə bilmədi, bu ölkənin bayrağını daha heç vaxt erməni qüruru ilə daşımayacağını anladı. Bəlkə həm də Nikol Paşinyanın onun doğulduğu ölkəni hara sürüklədiyinin fərqinə də vardı, daha Ermənistan adına mübarizə aparmağa ehtiyac duymadı.
Hazırda İtaliya “İnter”in yarımmüdafiəçisi olan Mxitaryan nəhayət ki, dilə gəldi. Amma onu dilə gətirən “ikinci erməni dövləti” arzusunun üstündən birdəfəlik xətt çəkilməsi olmayıb, futbolçu bu barədə ümumi sözlər işlədib. O, “azərbaycanlılar tərəfindən zorla deportasiya edilən ermənilərin həbsindən narahat olduğunu” bildirib, keçmiş “dövlət naziri” Ruben Vardanyanın və Azərbaycanda saxlanılan bütün ermənilərin azadlığa buraxılmasını” tələb edib. Bu barədə Mxitaryan öz “Facebook” səhifəsində yazıb.
“On minlərlə ailə sığınacaq axtarmaq üçün Dağlıq Qarabağdan Ermənistana qaçdıqca, həbslər qorxulu tendensiyaya çevrilir” - deyə, o yazıb.
Onun Ruben Vardanyan haqda fikirlərinə diqqət edək:
“Ruben Vardanyan özünü təkcə bizim regionda deyil, bütün dünyada sülhün tərəfdarı kimi göstərib. O, dünya şöhrətli xeyriyyəçi, iş adamı və bütün dünyada sülh quruculuğu, təhsil və tibbi yardımı dəstəkləyən Avrora humanitar təşəbbüsünün həmtəsisçisidir”. Azərbaycanın Ruben Vardanyana qarşı ittihamları bunun tam əksini deyir. Ermənistan vətəndaşı olan Ruben Vardanyanın Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmə 4 aylıq həbsinə qərar verib.
Bir il əvvələdək Vardanyanın künc-bucaqda Azərbaycan əleyhinə nə danışması önəmli deyildi. Amma 2022-ci ilin sentyabrından sərhədimizi qanunsuz keçərək Xankəndidə məskunlaşan “dünyada sülh tərəfdarı” hər fürsətdə Azərbaycana qarşı düşmənçilik çağırışları etdi. Henrix onun müsahibələrinə bir də baxsın, görsün ki, bu, sülh tərənnümçüsü, yoxsa qan tökmək, müharibə tərəfdarıdır... Fakt budur ki, Rusiya vətəndaşlığından imtina edərək Xankəndidə separatçı “hökumətin baş naziri statusu” alan Vardanyan bütün xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd çağırışlarından əl çəkmədi. Nəticədə qondarma rejim özünü buraxan kimi o da Xankəndidən qaçmaq istədi və tutuldu. İndi Mxitaryan erməni xalqının qayğısına qalırsa, bu, öz işidir, amma heç olmasa oynadığı klubun adına hörmət etsin, düzünü danışsın.
Mxitaryan Qarabağda doğulmayıb, İrəvanda anadan olub. 1990-cı ildə ailəsi Fransaya köçüb. Atasının ölümündən sonra ailəsi ilə İrəvana qayıdıblar. Onun qayınatası da bir başqa Vardanyandır, o da tütün biznesi ilə məşğul olan iri sahibkardır. Azərbaycan Ordusunun hərbçiləri Şuşanı işğaldan azad edəndə Mxitaryana məxsus olduğu deyilən villa haqda çox danışırdılar. Şuşada olanda ora getməyə zamanım qalmadı, indi yəqin “əmin əllərdədir”. Bəlkə də zamanı gələndə sökəcəklər. Ermənidən qalma heç nə bizə lazım deyil. Orada dinclik tapmaq olmaz da.
Mxitaryanın millətçi erməni olması onun sifətinə yazılıb. Bu xəstə mövqeyi bəlli olmasaydı, deyərdim ki, onun “quyruq acısı” var, nə qədər olmasa Şuşada o evə xərc çəkmişdi. Amma o, Şuşaya elə-belə gəlib çıxmamışdı ki... Bu da bir erməni siyasəti idi ki, Mxitaryan kimi tanınmış ermənilər Şuşada ev tiksin, heç yaşamasalar belə... Bu da digər varlı ermənilərə bir mesaj idi ki, gəlin bu şəhərdə də bir ev siz tikin. Zamanları çox oldu, amma bir abırlı ev tikə bilmədilər, əksinə, onlan-qalanı da uçurub-dağıtdılar. Xankəndinin videolarına baxın, əksəriyyəti köhnə tipli binalardır. Bu millətin yapısı belədir, qurucu deyillər, yıxıcıdırlar. İndi son olaraq “artsax” xəyalları yıxıldı, bir daha onu nə bərpa etmək olacaq, nə yenidən qurub yaratmaq...
Mxitaryan belə darıxırsa, gəlsin Bakıya. Vardanyanın yanında hələ ki boş yer var. Orada doyunca “sülhdən” danışarlar...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ