İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalif fəal polis idarəsində müəmmalı şəkildə öldü - Ağır işgəncələrə məruz qalıb

Rusiyada 40 yaşlı müxalif fəal Anatoli Berezikov Rostov-na-Donu xüsusi təcridxanasında ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “Radio Svoboda” saytı məlumat yayıb.

Berezikovun vəkili İrina Qak müvəkkilinin işgəncələr nəticəsində ölə biləcəyindən şübhələnir. Onun sözlərinə görə, bir gün əvvəl müştərisinin üzərində elektroşok silahının izlərini qeydə alıb. İrina Qak iyunun 14-də təcridxanaya gəldiyi zaman müvəkklinin cəsədi ilə qarşılaşıb.

Təcridxananın əməkdaşı müxalif fəalın intihar etdiyini bildirib.

“OVD-İnfo” saytının yazdığına görə, təqiblərə səbəb Berezikovun savaşa qarşı “Mən yaşamaq istəyirəm” vərəqələrini yayması olub.

Qak vurğulayıb ki, müvəkkilinin orduya çağırıldığını və buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təzyiq olunduğunu deyib. Vəkilin bütün vəsatətləri və Berezikovun şikayətləri Rostov şəhərinin Leninski Rayon Məhkəməsinin federal hakimi Yevangelevskaya tərəfindən rədd edilib.

Bu ilin may ayının əvvəlində Berezikovun evinə baxış keçirilib. Həmin gün Berezikovun qabırğaları sındırılıb.

Mayın 21-də Berezikova xüsusi təcridxananı tərk etməyə icazə verilsə də, xırda xuliqanlıq maddəsi ilə yenidən inzibati həbsə göndərilib. O, vəkilinə bildirib ki, məhkəmədən əvvəl polis onu şəhərdən çıxarıb, orada elektrik cərəyanı ilə işgəncə verib və vəkilindən imtina etməsini tələb edib. Mayın 31-də Berezikov yenə xırda xuliqanlıq maddəsi ilə, bu dəfə 15 sutkalığa üçüncü dəfə xüsusi təcridxanaya salınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR