İnsanlara hürriyət, millətlərə istiqlal!

Müşavir: Britaniyada COP29-a böyük maraq müşahidə edilir

Britaniyanın Loughborough Universitetində Azərbaycanda keçiriləcək COP29 çərçivəsində “Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” mövzusunda tədbir keçirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova tədbirdə çıxış edib.

Günel Səlimova AZƏRTAC-a açıqlamasında bildirib ki, Britaniya hökumətində və cəmiyyətində COP29-a yüksək maraq müşahidə edilir. Britaniya hökuməti ilk gündən COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə və ölkəmizlə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Britaniyada fəaliyyət göstərən ictimai xadimlər, ekspertlər, akademiklər, iş adamları COP29-da iştirakda və müvafiq əməkdaşlıqlar qurmaqda maraqlı olduqlarını ifadə edirlər.

Diplomat Avropanın iqlim fəaliyyəti üzrə qabaqcıl rola malik ölkəsi, uzun illər Azərbaycanla enerji sahəsində sıx və səmərəli əməkdaşlıq edən Britaniya ilə ikitərəfli əlaqələrimizdə “yaşıl inkişaf” sahəsində əməkdaşlıq üçün geniş imkanların açıldığını da vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR