İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Partiyası ilə AXCP arasında yeni münaqişə: şok iddialar və adlar...

Azərbaycanın müxalif siyasi partiyaları arasında yeni münaqişə yaranıb. Söhbət AXCP və Müsavat partiyalarından gedir.

Musavat.com xəbər verir ki, Müsavat Partiyasının funksioneri, tanınmış vəkil Osman Kazımovun sosial şəbəkədə paylaşdığı statusunda münaqişənin mahiyyəti açıqlanır.

O bildirir ki, Müsavat Partiyasına qarşı yeni hücum dalğasına işarə verilib. Hücum dalğasında isə AXCP üzvü, hazırda Fransada yaşayan Natiq Adilov, həmçinin əvvəl Müsavatçı olan, indi isə AXCP-yə yaxınlığı ilə tanınan mühacir Tural Sadıqlı öndə gedir:

0fc8f3f5-c3fd-435d-ad98-471f5a090aea.jpg (57 KB)

“Hücuma da Müsavat Partiyasının iki xanım üzvünün fəaliyyətlərindən istifadə edilərək başlanılıb. Avstriya Ferdinandı öldürülüb. Müharibə etmək lazımdır. Dünyanı qana çalxalamaq, bombardman etmək, uşaq, qoca, qadın demədən hamını qana boyamaq lazımdır. Fürsətçillik deyilir buna, bəhanə deyilir, qurşaqdan aşagı ləyaqətsiz mübarizə deyilir. Müsavat Partiyasının iki xanım üzvünün fəaliyyətindən istifadə edilərək edilir.

Novella Cəfəroğlu Azərbaycanda azadlıq hərəkatı yaranandan meydanlardadır. Birinci Qarabag savaşında qadın batalyonu yaradaraq döyüş bölgələrində olurdu. Yox, döyüşmürdü. Əsgərlərlə görüşürdü. İlk dəfə onu elə Füzuli şəhərində agır döyüşlər vaxtı yaxından gördüm. Bizlərə corab, əl dəsmalı, cib dəsmalı verdilər. Pul dəyərinə görə bir şey deyildi. Amma mənəvi dəstək, ruh qidası baxımından əvəzsiz idi. Təsəvvür edin ki, günlərlə gecələr yatmayıb postlarda olan, evinə belə normal gedib rahat çörək yeyib, bir neçə saat istirahət edə bilməyəsən və döyüş ərazisindən iş yerinə qayıdanda mehriban xanım səsləri eşidəsən sovqat alasan. Bunu o şəraitdə olmayan kəslər dəyərləndirə bilməz. Novella Cəfəroğlu ilə illər sonra Bakıda görüşdük. Hüquq müdafiəçisi kimi fəaliyyət göstərirdi, Səidə Qocamanlı ilə birgə. Hər dəfə rejim tərəfindən qanunsuz həbs edilərək məhrumiyyətlərə düçar olan insanların taleləri müzakirə olunanda onun hansı hisslər keçirdiyini, gözlərinin necə dolduğunu, üzünü çevirərək göz yaşlarını sildiyini görəndə özüm də çox pis olur, müraciət etdiyim üçün bəzən peşmançılıq da keçirirdim.

Çox saylı insanların azad olunmasında xidməti olub Novella xanımın. Təmənnasız xidməti-öz balasına yanaşırmış kimi yanaşardı. Nə tez unutduq.

Çox illər keçdi. Son illərdə Novella xanımın müxtəlif vəzifəli şəxslərə xoş məramlı müraciəti, təbrikləri Müsavat Partiyasına hücüm üçün bəhanələr verdi. Mən əminəm ki, Novella xanım həm də o müraciətləri ilə qanunsuz girov saxlanılan siyasi məhbusların azad olunması üçün yumşaq bir mühit yaranmasına çalışırdı. Normal bir yaşam şəraiti olmayan bir mübarizə xanımının özü üçün deyil başqaları üçün etdiyi cəhdi təmsil olunduğu quruma qarşı rəzilliklə qarayaxma kompaniyasına çevirdilər. Müsavat Partiyasına qarayaxmalar başladı. Nüfuzunun salınmasına cəhdlər edildi. Bu, həm hakimiyyətin maliyyələşdirdiyi blogerlər, həm sosial şəbəkə istifadəçiləri, həm Müsavat Partiyasını özünə rəqib bilib qeyri etik mübarizə yolu tutan siyasi qurumlar tərəfindən həyata keçirilir. Şər dediklərini, böhtan atdıqlarını özləri yaxşı bilirlər. Bilə-bilə çamur atırlar.

Qarayaxanların bəzilərinin anası, bəzilərinin nənəsi yaşda olan bir qadına hücum etdilər. Plüralizm bagırıb da düşüncə tərzinə barbar hücumu edildi.

İkinci xanım ömrünü rejimli mübarizədə keçirən Sevinc Hüseynlidir. Onun işlədiyi regional şöbədə təşkil olunmuş bir tədbirdə Heydər Əliyevin şəkli asılmış bir otaqda oturulu vəziyyətdə şəkli yayıldı. Həmin tədbirdə Sevinc Hüseyinlinin moderatorluq etdiyi bildirildi. Həmin tədbir, orada Sevinc Hüseynlinin rolu, fəaliyyəti araşdırılmadan, moderatorluğun mənası çatdırılmadan Sevinc xanıma, təmsil olunduğu Müsavat Partiyasına hücumlar başladı. Axı Sevinc xanım o tədbirdə heç bir çıxış etməyib. Sadəcə tədbiri açan müdirinin çıxışından və sonradan onun təklifi ilə iştirakçılara söz verməsindən ibarət olub Sevinc xanımın fəaliyyəti. Həmin vaxt müdirinin zoomda fəaliyyətini dayandırması ilə bağlı olub bu hal. Bunu heç kim araşdırmadı. Moderatorluğun nə olduğunu AXCP üzvü Natiq Adilov da, Azad Söz kanalının sahibi Tural Sadıxlı da gözəl bilir. Ən azında peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur insanlar.

Nə Sevinc xanım nə də ki, Novella xanım bu gün Tural Sadıqlının və Natiq Adilovun yaxın münasibətdə olduğu, adlarını çəkmək istəmədiyim xanımlar kimi “məni azad edin azadlıqda olan əclaf olmaq istəyirəm” və “İlham Əliyevə reklam lazım deyil,İlham Əliyev özü reklamdır” deməyiblər. Novella xanım və Sevinc xanım elə söz demiş olsaydı, bu jurnalistlər Fransadan PUA alıb Müsavat Partiyasının qərargahını da vurardılar. İrandan da yəqin raket alardılar. Bəlkə də almazdılar Çünki İran raketləri bəzən atıldığı yerə deyil, öz ərazilərinə düşür”.

Daha sonra O.Kazımov müsavatçı xanımlara hücumlar üçün əsas gətirilən arqumentlərin əsassız olduğunu bildirir:

“Öz maraqları baxımından anaları, nənələri yaşda olan xanımlara belə hücum etmək, aşağılamaqmı olar. İlham Əliyevi ya hansısa məmuru təbrik etmək nə vaxtdan xəyanət hesab olunur. Yaxud hansısa tədbirdə oturmaq nə vaxtdan xəyanət hesab olunur? Bəyəm Tural Sadıqlının vəzifədə olan, başının üstündəm Heydər Əliyevin, İlham Əliyevin portretini asan qohumları yoxdurmu? Atalı balalı məmur kürsüsündə başlarının üstündə İlham Əliyevin şəklini asan yaxınları yoxdurmu?

Məgər Natiq Adilovun təmsil olunduğu AXCP-nın bu gün də müxtəlif vəzifəlrd işləyən qohumu yoxdurmu? O cümlədən müəllim işləyən qohumları müəllimlər otagında İlham Əliyevin və Heydər Əliyevin şəkilləri asılmış otaqlarda müəllimlər iclasında iştirak etmirlərmi?Məgər bu xəyanətdirmi? Xəyanətdirsə adların çəksin satqın desin”.

O.Kazımovun yazdığından məlum olur ki, N.Adilov və T.Sadıqlı Müsavat Partiyasının başqqanı Arif Hacılının oğlu ilə bağlı da çıxışlar edirlər:

396964561_7401279923233867_7281277493682484080_n.jpg (71 KB)

“Müsavat Partiyasının başqqanı Arif Hacılının qanunsuz həbs edilərək həbsdə saxlanılan oğlu Orxan Hacılının azad edilməsinə şübhə ilə yanaşılır, güya Müsavat Partiyası hakimiyyətdən sifariş almış imiş ki, seçkini boykot eləsin.

Əvvəla, qanunsuz həbs edilmiş şəxsin azad edilməsini hansısa sifarişə baglamaq ləyaqət göstəricisi deyil. İkincisi, Orxanın necə azad edilməsini vəkillər daha yaxşı bilir, nəinki Arif Hacılı. Məhkəmədə səbəbi Tural Abbaslı və Natiq Adilov da görəcək.

Daha pisi xalqı fəlakətdən qurtarmaq ugrunda mübarizə apardığını bəyan edən qurumların, şəxslərin digərini şantaj etməsi, ləkələməsi, nüfuzdan salmasına cəhd etməsidir.

Kiminsə dogru hesab edib hansısa xoş məramla atdığı addımı xəyanət, satqınlıq kimi dəyərləndirmək olmaz.

Mübarizəni kişi kimi aparmaq lazımdır. Kimsə səhv edə bilər. Amma bunu xəyanət, satqınlıq kimi dəyərləndirmək, fürsətçillik edib şəxsin təmsil olunduğu siyasi qurumu ləkələmək olmaz. Müsavat ləkə götürməz”.

N.Adilov və T.Sadıqlının haqqında danışdıqları tanınmış hüquq-müdafiəçisi Novella Cəfəroğlu barəsində deyilənlərə O.Kazımovun statusunda münasibət bildirib. Onun sözlərinə görə, 2003-cü ildə Müsavat partiyasını qoyub qaçanlar çox olub:

01000000-0a00-0242-e03b-08dbd4671fc1_w1200_r1.jpg (108 KB)

“Meydanda üç-dörd nəfər qalmışdı - biri Siz idiz, biri Vurgun bəy, bir neçə də fəal, qorxmurdular. Həbs olunanların siyahısını kafedə stolun altından siz verdiniz, onları alıb çıxıb getdik Ramil Usubovun yanına. Dörd qadin, 2 mindən cox insanı buraxdırdıq! Yer verməmişdilər Müsavata, onu da 4 qadın aldı. O zamanlar da, ondan da qabaq, hər bir zəngə qacıb polisin qabağında bizlər idik , bacardığımızı edirdik. Görünməz cəbhə kimi çox iş görmüşük, Allah hamisini görür mənə söz deyəni cəzalandıracaq həmişəki kimi! Musavat Partiyasından 2003-cü ildə cox insan getmişdi. Bizim koalisiyamız vardı – Rəsulzadə-Elçibəy koalisiyası, çox partiyalar bizi çağırdı öz yanına, yüksək vəzifələr də təklif edirdilər. Məhz mənim və Arzu Səmədbəylinin iradəsi ilə 4 mingözəl insanla gəldik Müsavata. O zaman buna heç kim cürət etməzdi! Bunu yaddan çıxardanın Allah cəzasını verəcək! İstəyirdim istefa verəm, amma vaz keçdim! Divanı çağırsınlar, hamının üzünə öz sözümü deyəcəm. Çox sözüm var deməyə. Ondan sonra qoy Divan öz sözünü desin: Müsavata zidd olan hansı addımı atmışam.

Mən onsuz da dədə-babamdan Müsavatçı olmuşam. Bu gün döşünəö döyüb, sabah qaçanlardan deyiləm. Müsavat həmişə mənimlədir. Amma bu gün məni araşdıranların deyil, əsl müsavatçıların yanındayam!Çünki o vaxtı müsavatçılara kömək etdiyinə görə babamı həbs etmişdilər. Mən kişilərin nəvəsi, qızıyam! Atamı ermənilərin 75 faizini Naxçıvandan çıxardığına görə yüksək vəzifədən çıxartılar! Mənim nəslim şah və şeyx nəsliyəm!”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR