Onlayn ictimai-siyasi qəzet
"Əvvəlki illərdə olduğu kimi Təhsil Nazirliyi tərəfindən birinci sinfə qəbul ənənəvi qaydada keçirilir. Bu qaydanın tətbiqi birinci sinfə qəbulda şəffaflığı və səmərəliliyi artırıb".
Musavat.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib: "Valideynlər də az vaxt sərf edərək seçim edib, övladlarını məktəbə qoya bilirlər. Lisey və gimnaziyalarda isə həmişəki kimi valideynin seçiminə uyğun olaraq şagird ilkin diaqnostikaya cəlb olunur".
Nazir qeyd edib ki, bütün məktəblərdə uşaqlar üçün yer var: "Müsabiqədən keçməyənlər də evlərinə yaxın ərazilərdə məktəbə gedə bilərlər".
Afaq Mirayiq,
Musavat.com
21 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ