İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Avropadakı siyasətbazlar bunları görsünlər, eşitsinlər, dilə gətirsinlər”

Milli Məclisin iclasında çıxış edən deputatlar ayrı-ayrı paytaxtların və siyasi dairələrin Azərbaycana qarşı məkrli siyasətindən bəhs etdilər. Deputat Soltan Məmmədov və Sevil Mikayılova bununla bağlı fikirlərini səsləndirdilər.

Komitə sədri Musa Quliyev bildirdi ki, son günlər Avropadakı siyasətbazlar reallığı əks etdirən sözlər demirlər, ermənipərəst mövqe tuturlar, Azərbaycana qarşı şər-böhtan səsləndirirlər: “Tarixi reallıq ondan ibarətdir ki, 11 oktyabr Ermənistanın Gəncə sakinlərinə qarşı törətdiyi terror aktının ikinci ildönümüdür. Avropadakı siyasətbazlar bunları görsünlər, eşitsinlər, dilə gətirsinlər”. Komitə sədri bildirdi ki, erməni terroru bəşəriyyətə qarşı cinayətdir: “Xocalı soyqrımı, Edilli faciəsi, Tərtərin, Bərdənin, Ağcabədinin, Gəncənin daket atəşinə tutulması terror deyil, bəs nədir?” M.Quliyev bildirdi ki, Zahid Orucun rəhbərliyi ilə keçirilən tədbir tərcümə olunub, xaricdə də yayılmalı, erməni terrorizmi pislənməlidir.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR