İnsanlara hürriyət, millətlərə istiqlal!

Mundialın açılış oyununu izləyənlərin sayı açıqlandı

Qətərdə keçirilən DÇ-2022-nin açılış matçını - Qətər - Ekvador oyununu stadiondan 67 372 tamaşaçı izləyib.

Qol.az xəbər verir ki, bu, rəsmi protokollarda qeydə alınan və stadionda diktor tərəfindən açıqlanan azarkeşlərin sayıdır. Maraqlıdır ki, dünya çempionatının açılış matçının keçirildiyi "Əl-Beyt" arenasının tamaşaçı tutumu 60 min nəfərlikdir. Daha 7,4 min nəfərin necə yerləşdirildiyi isə məlum deyil.

Xatırladaq ki, dünən - noyabrın 20-də dünya çempionatının açılış matçı keçirilib. Ev sahibi Qətər Ekvadora 0:2 hesabı ilə uduzub. Mundial dekabrın 18-dək keçiriləcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR