İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin ƏN DƏHŞƏTLİ ÜZÜ - 2 günlük körpə qətl edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumlarında həyatını itirən 3 uşağın adlarını açıqlayaraq, onların müharibə başlayandan bəri hücumlarda həyatını itirən 500 uşaq arasında olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə rəsmi Telegram hesabında açıqlama verib.

“Dmitri 13 yaşında Xarkovdan, Lisa 4 yaşında Vinnitsadan, Serxi isə Novosolonedən - o, cəmi 2 günlükdür... Onlar Rusiyanın hücumu nəticəsində həyatı məhv edilən 500 günahsız uşaq arasındadırlar. Onların çoxu məşhur akademiklər, rəssamlar, idman çempionları ola bilərdi. Bu, Ukraynanın tarixinə töhfə verə bilərdi. Onlar düşmənin raketlərinin və onların nifrətinin qurbanı oldular, bu raketlər ukraynalı gənclərin həyatını almaqda davam edir”, - o deyib.

Ukrayna lideri müharibə ilə bağlı səbəblərdən yaralanan uşaqların ümumi sayını müəyyən etməyin mümkün olmadığını bildirib.

“Aktiv münaqişələr və Ukrayna torpaqlarının bir hissəsinin müvəqqəti işğalı nəticəsində yaralanan uşaqların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil. Biz bu müharibəyə müqavimət göstərməli və qalib gəlməliyik. Bütün Ukrayna, bütün xalqımız, bütün uşaqlarımız rus terrorundan xilas edilməlidir” - o deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR