İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müharibədə itirdik, bu, inanılmaz uğursuzluqdur" - Generaldan ŞOK ETİRAF

ABŞ Baş Qərargah rəisi, general Mark Milleydən 20 illik bir etiraf gəlib.

Musavat.com xəbər verir ki, ABC televiziyasına danışan Milley 7 oktyabr 2001-ci ildə 11 sentyabr terror hücumlarından bir neçə həftə sonra Əfqanıstana başlayan müdaxilənin onlar üçün məğlubiyyət olduğunu bildirib.

O, ABŞ-ın Əfqanıstandakı müharibəsinin Vaşinqtonun istədiyi kimi bitmədiyini vurğulayıb: 

6504c3244e3fe10590fd6ec4.jpg (58 KB)

“Müharibədə itirdik. Düşmən sizin dəstəklədiyiniz paytaxtı işğal edirsə, bu, strateji uğursuzluqdur”.

Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda ABŞ ordusunun razılaşdırılmış şəkildə çıxarılmasından sonra Kabilə nəzarəti ələ keçirib.

Kabildən geri çəkilmə prosesini də tənqid edən Milley ABŞ ordusunun ölkəni tərk etməsini "inanılmaz uğursuzluq" adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR