İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə “Putinin aşpazı”na xeyli yarayıb- gəlirləri ikiqat artıb

 

Rusiya ilə Ukrayna arasında müharibə ili ərzində biznesmen və “Vaqner ÖHŞ” şirkətinin yaradıcısı Yevgeni Priqojin 91,5 milyard rubl (təxminən 1 milyard 300 milyon ABŞ dolları) dəyərində dövlət müqavilələri alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Verstka” və “Mojem obyasnit” portallarının birgə araşdırmasında deyilir.

Hesabatın müəllifləri Priqojinin firmalarının 2022-ci ildə qazancını rekord həcmdə artırdığını vurğulayırlar. Ümumilikdə on il ərzində - 2011-ci ildən 2021-ci ilə qədər - "Putinin aşpazı" ilə əlaqəli şirkətlər vasitəsilə, əsasən məktəblərə və tibb müəssisələrinə ərzaq tədarükündən 184,6 milyard rubl (təqribən 2 milyard 600 milyon ABŞ dolları) pul qazanıb.

Araşdırmaçılar Priqojinin bu qazancı əsasən Moskva  şəhəri və Moskva vilayətində əldə etdiyini bildirirlər. Burada Priqojinin Moskvanın meri Sergey Sobyanin və onun ən nüfuzlu müavini,  Anastasiya Rakova ilə yaxşı münasibətlərinin böyük rolu var. Anastasiya Rakova Moskva şəhər hökumətində sosial inkişaf məsələlərinə cavabdehdir.

Hesabatda Priqojinin həm də hərbi şəhərciklərin tikintisindən çoxlu pul qazandığı bildirilir. Bu işlə iş adamına bağlı Sankt-Peterburqda yerləşən  “Meqalayn” şirkəti məşğul olur. Həmin şirkət 2015-ci ildə Moskva, Bryansk və Tver vilayətlərindəki hərbi şəhərciklərə dövlət xidməti üçün eksklüziv müqavilələr alıb. Bundan əlavə, şirkət Ukrayna ilə həmsərhəd, Belqorod vilayətinin Valuyki şəhərində hərbi şəhərciyin tikintisinə başlayıb.

Valuykidə iş üçün sifarişçilərdən biri Müdafiə Nazirliyi olub.

Sənədlərə görə, “Megaline” bütün işləri başa vursa da, 300 milyon rubldan çox pul ödənməyib. Buna görə də Priqojinin firması məhkəməyə müraciət edib. Nəhayət, tərəflər razılığa gəlib və Müdafiə Nazirliyi Moskva yaxınlığındakı Şyolkovoda ümumi sahəsi 64.000 kvadratmetr olan çoxlu sayda daşınmaz əmlak obyektlərini “Megaline”a verib.

Kadastr çıxarışlarından göründüyü kimi, bütün bu obyektlər müharibədən iki ay əvvəl, 2021-ci ilin sonunda “Megaline” şirkətinin mülkiyyətinə keçib. Bununla yanaşı, sənədlərdə bəzi obyektlərin dəyəri qəsdən ciddi şəkildə aşağı salınıb.

Bundan başqa Priqojin Sankt-Peterburqda torpaq almağa və daşınmaz əmlak tikməyə davam edir. Onun oğlu Pavel “Sinopskaya” sahilində biznes mərkəzinə malikdir. Torpağın və binanın özünün kadastr dəyəri 1,2 milyard rubldan  (təxminən 16 milyon 600 min ABŞ dolları) çoxdur.

Mənbələrin məlumatına görə, Priqojin Sankt-Peterburqun yenidən ərzaq bazarına qayıtmaq istəyir. “Putinin aşpazı” 2019-cu ildə şəhərdə keçirilən qubernator seçkilərindən sonra məktəblərin qida təchizatı üçün eksklüziv müqavilələr alacağını düşünürmüş. Lakin bu, qubernator Aleksandr Beqlovun səyləri nəticəsində baş tutmayıb. Çox güman ki, iş adamı ilə qubernator arasında münaqişə də bununla bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR