Onlayn ictimai-siyasi qəzet
"Müəllimlərin işə qəbulu eyni qaydada davam etdiriləcək. Sadəcə əlavə yenilik var. Ötənilki imtahan nəticələrinin təhlillərinə əsasən qərara alınıb ki, hər fənn üzrə 30 dəqiqə əlavə zaman verilsin".
Musavat.com xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
Nazir imtahan müddətinin 2 saat 30 dəqiqə olacağını bildirib: "Qaydalar rəsmiləşmə mərhələsindədir. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək".
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ