Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.
Musavat.com xəbər verir ki, modern.az mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Səfərov Qismət Sərraf oğlu hazırda Lənkəran rayonu N.Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərmir.
Qeyd edilib ki, O, 2024-cü ildə öz ixtisası üzrə təhsilverənlərin təkrar sertifikasiya imtahanında iştirak edib, lakin uğur qazanmayıb. Bu səbəbdən ötən il müqaviləsinə xitam verilib.
02 Aprel 2025
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ