İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI - Hərbi vəzifəlilərin...

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.

Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.

Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR