İnsanlara hürriyət, millətlərə istiqlal!

Müalicəsi olmayan ölümcül virus SÜRƏTLƏ YAYILIR

Hindistanın cənubundakı Kerala ştatında “Nipah” virusuna yoluxanların sayı artır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu ölümcül xəstəliyin müalicəsi yoxdur.

Rəsmi olaraq “Nipah” virusundan biri uşaq olmaqla, beş ölüm halı qeydə alınıb.

Hökumət ştatda məktəbləri və ofisləri bağlayıb, 9 kənddə mühafizə zonası elan edilib. 

Ştatın baş naziri Pinarayi Vajayan bildirib ki, virus 2 milyon insanın yaşadığı Kojikode şəhərində aşkarlanıb. Nazir sakinləri qorxmamağa, ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, virus yoluxmuş şəxslə fiziki təmas zamanı da ötürülür.

Xatırladaq ki, virus ilk dəfə 1999-cu ildə Malayziyada aşkarlanıb, o zaman 300-ə yaxın insana yoluxub, onlardan 100-dən çoxu dünyasını dəyişib. Bu, 2018-ci ildən bəri Keralada “Nipah” virusunun dördüncü yayılmasıdır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR