İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: "İsveç və Finlandiya ilə üçtərəfli anlaşma prosesində hələ də atılacaq addımlar var"

Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri noyabrın 29-da Buxarestdə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə dair prosesi birlikdə müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov ilə Ankarada birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Görüşün NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində təşkil ediləcəyini diqqətə çatdıran nazir deyib ki, məlum üzvlük məsələsində Finlandiya ilə sıxıntılar o qədər də böyük deyil. Daha çox İsveçlə sıxıntılarımız var. İsveç bu istiqamətdə tələb olunan daha ciddi addımlar atmalıdır.

Naziri Mövlud Çavuşoğlu təəssüflə bildirib ki, tərəflər götürdükləri öhdəliklərin bir qismini yerinə yetiriblər, bəzilərini yerinə yetirməyiblər.

Xatırladaq ki, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsində Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlı tələbləri var. İllərdən bəri Türkiyənin FETÖ və PKK üzvləri başda olmaqla, terrorçuluqda ittiham etdiyi şəxsləri geri almaq tələbləri göz ardına vurulub. İndi isə rəsmi Ankara tələblərində sərt və qətiyyətlidir. Dəfələrlə vurğulanıb ki, lazımdırsa tərəflər qanunvericiliklərində dəyişiklik etməklə terrorçuların təhvil verilməsinə hüquqi əsas yaratmalı, eyni zamanda, bu ölkələrdə terror təşkilatlarının Türkiyə əleyhinə fəaliyyətinə, radikal aksiyalar da daxil olmaqla qanunsuz hərəkətlərinə son qoyulmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR