İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu İlham Əliyevin tapşırığı ilə Kahramanmaraşa göndərilən tibb işçilərindən DANIŞDI

"Prezident İlham Əliyevin tapşırığı ilə göndərilən təcili tibbi yardım qrupu da Kahramanmaraşda zəlzələ baş verən ərazidədir. Səhra xəstəxanası quruldu. Bir az öncə onları da ziyarət etdik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"40-dan çox personal, həkimindən tibb bacısına kimi bütün tibbi avadanlıqlarla birgə xidmət göstərirlər. Bu günə çox sayda vətəndaşımızı müayinə ediblər. İndi ən vacib ehtiyacımız olan şey çadır, konteyner və onlarda işlədiləcək ləvazimatlardır", - nazir əlavə edib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR