İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın məhkəməsi Kara-Murzanın həbs müddətini uzatdı

Moskvanın Basmannı məhkəməsi Rusiya ordusunu gözdən salmaqda və dövlətə xəyanətdə ittiham olunan siyasətçi Vladimir Kara-Murzanın həbs müddətini iki ay uzadıb.

Sfera.az Rusiya mətbuatına istinasən bildirir ki, bu barədə məhkəmə zalından mediaya məlumat verilib.

Kara-Murze Rusiyada xarici kəşfiyyat orqanlarına xidmət göstərən agent kimi tanınıb.

Məhkəmə təqsirləndirilən şəxsin həbs müddətini uzadaraq istintaqın vəsatətini təmin edib. Məhkəmə dövlət sirri əhəmiyyətli materialların qorunulması səbəbi ilə qapalı keçirilib. Xatırladaq ki, 2021-ci ilin yayında Kara-Murza Rusiyada adı arzuolunmazlar siyahısına salınan “Azad Rusiya” Fondunun vitse-prezidenti vəzifəsindən istefa verib.

Bununla belə, Rusiya İstintaq Komitəsinin (İK) müstəntiqləri jurnalistin arzuolunmaz təşkilatın maraqları naminə fəaliyyətini davam etdirərkən xarici kəşfiyyatçılara məlumat verdiyinə dair sübutlar əldə ediblər. Onun bu xidmətlərin müqabilində ayda 30.000 dollar aldığı bildirilir.

İstintaqın məlumatına görə, bu il martın 15-də təqsirləndirilən şəxs Arizona ştatının (ABŞ) Nümayəndələr Palatasında çıxış edib və Donbasda keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə bilərəkdən yalan məlumat verib. Aprelin 22-də Kara-Murza həbs edilib və Rusiya Ədliyyə Nazirliyi onun adı fiziki şəxslərin - xarici agentlərin reyestr siyahısına daxil edib.

Qeyd edək ki, Rusiyada Dövlətə xəyanət maddəsi üzrə 20 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Eyni zamanda, siyasətçi Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq işi üzrə artıq istintaq təcridxanasındadır. Bu maddəyə əsasən isə jurnalisti əlavə 10 ilə qədər həbs cəzası gözləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR