İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib

Moskavada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

İş adamının dostlarının Musavat.com-a verdiyi məlumata görə, S. Zeynalov səhhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kındində bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçiliyi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.

Allah rəhmət eləsin.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR