İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada verilən TARİXİ MESAJ - 100 ilin dəyişikliyi: Qərb həyəcan təbili çalacaq

Rusiya prezidenti Vladimir Putin və Çin Dövlət Başçısı Si Cinpin Kreml Sarayında rəsmi görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Musavat.com xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə Moskvaya səfər edən Çin lideri dünyaya açıq mesaj verib.

"100 ildə olmayan bir dəyişiklik gəlir və biz bu dəyişikliyi birlikdə həyata keçiririk" - Si Cinpin deyib.

Britaniya mətbuatı Sinin sözlərini belə şərh edib: “Bu sözlər, şübhəsiz ki, Qərbdə həyəcan təbili çalacaq”.

Böyük Britaniyanın Ukraynaya zəiflədilmiş uran göndərmək planını tənqid edən Putin Rusiyaya qarşı nüvə silahından istifadə ediləcəyi təqdirdə cavab verəcəklərini bildirib.

“Bu gün öyrəndik ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ukraynaya təkcə tanklar deyil, tərkibində zəiflədilmiş uran olan zirehli deşici mərmilər də göndərəcəklərini deyib. Görünür, Qərb həqiqətən də “son ukraynalıya qədər” mübarizə aparmaq qərarına gəlib. İndi bu qərarı təkcə sözlə deyil, əməldə də göstərdilər. Amma qeyd etmək istərdim ki, bütün bunlar baş verərsə, Rusiya Kollektiv Qərbin nüvə komponentləri olan silahlardan istifadə etdiyini güman edərək, buna uyğun reaksiya verməli olacaq” - deyə, Rusiya lideri bildirib.

Rusiya və Çinin müstəqil xarici siyasət yürütdüyünü vurğulayan Putin "Daha ədalətli və demokratik çoxqütblü dünya nizamı qurmaq üçün BMT və digər təşkilatlarla həmrəylik içində çalışırıq" deyib.

Putin, həmçinin G20, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi qlobal təşkilatlarda Çinlə birlikdə hərəkət etdiklərini xatırladıb.

Sammitdən sonra Vladimir Putin Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıb.

Birgə açıqlamaya görə, Rusiya və Çin iqtisadi baxımdan koordinasiyalı hərəkət edəcək, iki ölkə öz valyutalarında ticarəti davam etdirəcək, ticarət yolları genişləndiriləcək və enerji sahəsində yeni layihələr reallaşdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR