İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ilk dəfə bütün aeroportlar BAĞLANDI – Rusiyaya yeni PUA hücumu – CANLIda

Bu gün edilən PUA hücumu səbəbindən Moskvadakı “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti dayandırılıb.

Bu barədə “Rosaviasiya” məlumat yayıb.

Məlumata görə, “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” hava limanlarında 94 reys təxirə salınıb, 1 reys isə ləğv olunub.
Qeyd edək ki, Ukraynada aparılan tammiqyaslı işğalçı müharibədən bəri Moskvanın bütün hava limanları ilk dəfədir eyni vaxtda bağlanır.

Rusiyanın Kaluqa vilayətinin Kirov rayonuna PUA hücumu edilib. Bunu vilayətin qubernatoru Vladislav Şapşa deyib.
Məlumata görə, bir PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Dağıntı və tələfat yoxdur.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.35-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da ovqat.com saytının rəhbəri Heydər Oğuzla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR