İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada hava limanında saxlanılan qadının üzərindən GÖRÜN NƏLƏR ÇIXDI

Moskvanın Vnukovo hava limanında tranzit sərnişin qismində gələn qadın gömrük orqanlarının diqqətini çəkib.

Musavat.com xəbər verir ki, ikili vətəndaşlığı olan sərnişin ABŞ-nin Dallas şəhərindən Türkiyə üzərindən Rusiya paytaxtına gəlib.

Axtarış zamanı onun üzərində 45 kalibrli “Colt” markalı tapança və 138 000 ABŞ dolları məbləğində nağd valyuta aşkarlanıb. Rusiya Gömrük Xidməti silah və valyuta qaçaqmalçılığı faktı ilə bağlı cinayət işi açıb.

Moskva məhkəməsi sərnişinin barəsində həbs qətimkan tədbiri seçib. Hazırda istintaq davam edir. Qadının Rusiyaya bu qədər pul və odlu silahla daxil olma səbəbləri araşdırılır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR