İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva vilayətində ticarət mərkəzinə SİLAHLI HÜCUM - YARALANANLAR VAR

Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərinin ticarət mərkəzlərindən birində baş vermiş silahlı insidentdə üç nəfər yaralanıb.

Bu barədə Moskva vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.

“Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb. Hadisə nəticəsində üç nəfər bədən xəsarətləri alıb”, – qurumun məlumatında qeyd olunub.

“Baza” teleqram kanalı atəş açmış şəxsin 24 yaşlı Danil Potexin olduğunu iddia edib.

İlkin versiyaya görə, qarşıdurma günorta kişi və TM mühafizəsinin əməkdaşları arasında olub. Potexin ticarət mərkəzinə içində qara çanta ilə daxil olmağa çalışıb və yoxlanışdan imtina edib. Təhlükəsizlik əməkdaşları ilə mübahisədən sonra o, mərkəzi tərk edib.

Lakin bir müddət sonra o, çantasız yenidən sözügedən yerə gəlib. O, növbəti dəfə yoxlanışdan imtina edib. Bunun ardınca onunla üç mühafizə əməkdaşı arasında dava başlayıb. Dava zamanı silaha əl atılıb.

Onun hansı silahdan istifadə etdiyi hələlik açıqlanmayıb.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR