Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı gündəlik neft hasilatının 1 milyon barel azaldılması barədə könüllü təşəbbüsünü 2023-cü ilin sonunadək davam etdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin rəsmi mətbuatı xəbər yayıb.
Məlumatda qeyd olunur ki, bu qərar OPEK+ çərçivəsində hasilatın 500 min barel azaldılması qərarına əlavə olacaq. Yəni Səudiyyə Ərəbistanı cari ilin sonunadək gündəlik hasilatı 9 milyon barel həcmində saxlayacaq.
Bu gün həmçinin Rusiya gündəlik neft ixracını 300 min barel azaltmaq öhdəliyinin müddətini 2023-cü ilin sonunadək davam edəcəyini açıqlayıb. Bu barədə məlumatı baş nazirin müavini Aleksandr Novak verib.
Hər iki ölkə bu addımı bazarda tələb-təklif balansı və qiymət stabilliyini təmin etmək məqsədi ilə atdıqlarını bildirirlər.
İki əsas neft ixracatçısının qərarı açıqlandıqdan dərhal sonra dünya neft bazarında qiymətlər kəskin artmağa başlayıb. Londonun ICE birjasında Brent neftinin bir bareli 90 dolları, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin 1 bareli isə 87 dolları keçib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ