İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva İrəvana YOX DEDİ - SENSASİON SƏBƏB

Ermənistan hökuməti Rusiyadakı səfir Vaqarşak Arutyunyanı əvəz etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.

"Etibarlı mənbələrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılacaq. Lakin Rusiya Ermənistan parlamentinin hazırkı üzvü Qurgen Arsenyanın yeni səfir vəzifəsinə namizədliyini rədd edib", - deyə nəşr bildirib.

Qeyd edək ki, Qurgen Arsenyan əsas erməni biznesmenlərindən biri hesab olunur. O, Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının üzvüdür. Erməni mediası qeyd edir ki, Arsenyan bundan əvvəl Rusiya əleyhinə bəyanatlar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR