İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimindən ağlasığımaz addım: Hicab bəhanəsi ilə...

İranın Loristan əyalətinin Burucərd şəhərindəki ticarət mərkəzində 2 iş yeri “məcburi hicab qanunu”nu pozduğuna görə bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Burucərd valisinin müavini Emin Qudrəzi məlumat verib.

“Ticarət Mərkəzində fəaliyyət göstərən 2 iş yeri işçilərinin hicab qaydasına əməl etməməsi səbəbindən möhürlənib”, - Qudrəzi bildirib.

Sözügedən addımın şəhər prokurorluğunun qərarı ilə atıldığını deyən şəhər rəsmisi ticarət mərkəzindəki iş yerlərinin məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini vurğulayıb.

Dünən isə Qum şəhərində onlarla mağazanın yerləşdiyi və 700 nəfərin işlədiyi ticarət mərkəzi geyim qaydalarına əməl edilmədiyi səbəbi ilə möhürlənib.

Dekabrın 20-də Qəzvin şəhərində də 5 iş yeri “hicabsız xidmət göstərdiyinə görə” bağlanıb.

Sentyabrın 13-də Tehranda 22 yaşlı Məhsa Əmininin “hicab qaydalarına əməl etmədiyinə görə” polis tərəfindən qətlə yetirilməsi ölkədə kütləvi etirazlara səbəb olub. Rejim əleyhinə kütləvi nümayişlərə çevrilən etirazlar zamanı yüzlərlə insan molla rejimi tərəfindən öldürülüb, 15 mindən çox insan həbs olunub.

Etirazlar davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR