İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi 160 nəfərə 10 ilədək həbs qərarı çıxarıb


İranda molla rejimi öz haqları üçün aksiyaya çıxanlara qarşı sərt davranışını davam etdirir.

Musavat.com xəbər verir ki, Tehran əyalətinin məhkəməsi etirazçıların işinə baxılması haqqında məlumat yayıb.

Həmin məlumatda bildirilib ki, aksiyaya çıxanlardan 160 nəfər 5 ildən 10 ilədək, 80 nəfər 2 ildən 5 ilə qədər, 160 nəfər 2 ilədək müddətə azadlıqdan məhrum edilib və 70 nəfərə maliyyə cəzası verilib.

Bütün bunlara baxmayaraq Güneydə aksiyalar yüksələn xətlə davam edir. Aksiyaçılar molla rejiminin getməli olduğunu bildirir, azadlıqlarını tələb edir, hüquqlarının pozulmasına qarşı çıxırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR