İnsanlara hürriyət, millətlərə istiqlal!

MM-in Mədəniyyət Komitəsinin və “Nəfəs” İB-nin dəstəyi ilə Zəfər Gününə həsr edilmiş rəsm sərgisi təşkil olunub


Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və “NƏFƏS” İB-nin təşkilatçılığı ilə Bakı şəhərindəki Xətai Sənət Mərkəzində Zəfər Gününə həsr olunmuş Rəsm sərgis baş tutub.

Açılış mərasimindən öncə şəhidlərin ruhu yad edilib.

Sərginin açılış mərasiminin aparcısı, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildlrib ki, sərgidə Vətən müharibəsi qazisi Şamil Xabarovun xanımı - istədadli yeni nəsil rəssamı Elminaz Qəhrəmanova və fiziki imkanları məhdud gənc – Qarabağın, ümumən Azərbaycanımızın gözəlliklərini öz fırçası ilə tərənnüm edən istedadlı rəssam Ceyhun Ənvərzadənin əsərləri nümayiş olunur.

Sərginin təşəbbüskarı, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərgidə nümayiş olunan əsərlərin özəliklərindən söz açıb, o əsərləri yaradan Elminaz Qəhrəmanova və Ceyhun Ənvərzadənin yaradıcılıq uğurları barədə ürək sözlərini, fikirlərini bölüşüb.

Q.Paşayeva diqqətə çatdırıb ki, Zəfər Bayramı münasibət I ilə təşkil olunan sərginin açılış mərasimində bir neçə şəhidimizin ailə üzvləri, qazilərimiz də dəvət olunub və nümayiş olunan əsərlərin bir neçəsi məhz onlara hədiyə olunacaq: “Düşündük ki, Zəfər Bayramı münasibət ilə təşkil olunan sərgidə, özü də, müəlliflərindən biri qazi xanımı olan, hər ikisi istedadlı gənc olan müəlliflərin əsərlərinin birgə sərgisindəki əsərlər ilk növbədə məhz şəhid ailələrimiz, qazilərimiz üçün alınmamlı, məhz onlara hədiyyə olunmalıdır”.

Q.Paşayeva açılış mərasimində iştirak edən şəhid ailələrini təqdime dib: “Bugünkü açılışda Mingəçevirdən olan şəhid anaları - Ruslan Cəfərlinin anası Tahirə Cəfərova, Nahid İbrahimzadənin anası Xalidə İbrahimova, Rüstəm Məmmədovun anası Aynur Məmmədova, Elcan Abbasovun anası Ulduz Abbasova, Əli Rzayevin anası Kəmalə Rzayeva, əslən Şuşadan olan şəhidimiz Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova, Bərdədən olan şəhid anaları - Səid Ədilovun anası Əzizə Ədilova, Elməddin Yusifovun anası Nigar Yusifova, Şövqi İsmayılzadənin anası Hicran İsmayılova və əslən Kəlbəcərdən olan (Samuxda məskunlaşmış) şəhid Daşqın Şəfiyevin anası Gülnaz Şəfiyeva iştirak edir. Gəin şəhid ailələrimizi, burada iştirak edən qazilərimizi və əsərləri sərgilənən gənc rəssamlarımızı ürəkdən alqışlayaq!

Bəli, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim baş tacımızdır. Şəhidlərimizə də, onları yetişdirən ailələrə də daim borcluyuq və onlara olan mənəvi borcumuz heç zaman ödənə, bitə bilməz.
Xalqımız, Dünya Azərbaycanlıları, Azərbaycanınq ardaşları qəhrəman şəhidlərimizlə fəxr edir, qürur duyur.

Ölkə rəhbərliyi, Azərbaycan dövləti şəhidlərimizə, onların ailələrinə daim diqqət-qayğı ilə yanaşır, həssas münasibət göstərir və ali dövlət rəhbərliyinin diqqət-qayğısı, həssaslığı hər bir Millət vəkili üçün də, cəmiyyətin hər bir aparıcı üzvü üçün də, yaradıcı insanları üçün də örnəkdir.

Əziz Zəfər Bayramımız münasibətilə təbriki ən çox şəhid anaları, şəhidlərimizin ailə üzvləri haqq edir. Onların timsalında bütün şəhid ailələrimizi təbrik edir, qəhrəman şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik”!

Zəfərimizin ikinci ildönümü münasibətilə ilə bütün tədbir iştirakçılarını təbrik edən “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, şəhid ailələrinin, şəhid analarının iştirakı ilə düzənlənən Zəfər Rəsm sərgisinə vurğu edərək, bir çox xeyirxah işadamı, aydını tərəfindən müvafiq tematikalı əsərlərin alındığını və onların məhz açılış mərasimində, müəlliflərin, xeyirxah insanların, təşkilatçıların iştirakı ilə şəhid ailələrimizə hədiyə ediləcəyini bildirib. Tədbirdə “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, qazi, işadamı Mübariz Quliyev, “UNİTY Company”in təsisçisi Fikrət Əliyev, qardaşı və həyat yoldaşı I Qarabağ müharibəsində şəhid olmuş Əməkdar artist Gülüstan Əliyeva, “HƏDƏF” milli təhsil brendinin yaradıcısı Dos.Dr. Şəmil Sadiq və bir sıra ziyalılar çıxış edərək ürək sözlərini bölüşüblər. Sonra rəsmlər və digər bayram hədiyələri şəhid ailələrinə təqdim olunub.

Vətən müharibəsi qazisi Şamil Xabarovun xanımı - istədadli yeni nəsil rəssamı Elminaz Qəhrəmanova və fiziki imkanları məhdud gənc - istedadlı rəssam Ceyhun Ənvərzadə əsərlərinin sərgisində şəhid ailələrinin, qazilərin iştirakından və onların çəkdiyi rəsmlərin əziz şəhidlərimizin, qazilərimizin evində asılacağından çoxduyğulandıqlarını bildirib, şəhid ailələrimizə, təşkilatçılara çox təşəkkür ediblər.
Sonra sərgidə nümayiş olunan digər əsərlərə baxış olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR