İnsanlara hürriyət, millətlərə istiqlal!

MKİ zabiti Giraldi: "Putinin yanaşması məntiqlidir"

Rusiya prezidenti Vladimir Putinin çoxqütblülük modeli ABŞ-ın tətbiq etdiyi dünya nizamından daha yaxşıdır.

Musavat.com xəbər verir ki, bunu MKİ-nın təqaüdçü zabiti Filip Giraldi "Judging Freedom" nəşrinə bildirib.

O, Vaşinqtonun birtərəfli modelə sadiq olduğunu və bunun "beynəlxalq hüquq qaydaları" ilə idarə olunduğunu vurğulayıb.

Giraldi qeyd edib ki, Putin illərdir dünyada müxtəlif modellərin mövcudluğunu bildirir və hər kəsin öz modelinə sahib olmasına icazə verilməli olduğunu iddia edir.

"Mənim üçün bu, çox məntiqli yanaşmadır", - MKİ-nin sabiq zabiti deyib.

Rusiya prezidenti bu yaxınlarda bəyan edib ki, Rusiya Federasiyası müasir dünyada ciddi şəkildə təcrid oluna bilməz.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR