İnsanlara hürriyət, millətlərə istiqlal!

Misli görülməmiş olay: Nəhəng qitə ikiyə bölünür – Xəritələr yenidən cızılacaq

Geoloqlar Afrika qitəsinin ikiyə parçalanacağını və bunun milyonlarla ildə baş verəcəyini proqnozlaşdırırlar. Bölünmə nəticəsində xəritələrin yenidən cızılacağı, yeni okeanın yaranacağı deyilir.

Elm adamları Şərqi Afrikanın bir hissəsinin qitədən ayrılacağını iddia edirlər.

Nəhəng çatın Afrikanın bir çox ölkəsində minlərlə kilometr dərinliyə uzanan dünyanın ən böyük çatlarından biri olan Şərqi Afrika Rift Sistemindən (EARS) qaynaqlanacağı gözlənilir. Rift sistemi Efiopiya, Keniya, Konqo, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambiki əhatə edir.

2004-cü ildə aparılan araşdırmaya görə, Afrika plitəsi hər il yavaş-yavaş aralanır. Ortaya nisbətən kiçik Somali və ondan daha böyük Nubiya plitələri çıxır.

Məlumata görə, 5-10 milyon il ərzində EARS-dəki dəyişikliklər Afrikanın bugünkündən fərqli xəritəsini ortaya çıxara bilər. Bu müddətdə Somali ilə Nubiya plitələri arasında yeni okean görmək mümkündür. Nəhəng su hövzəsinin Şərqi Afrikanı kəsəcəyi düşünülür.|Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR