İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir səfirliyi öz vətəndaşlarını "mümkün qədər tez" Ukraynanı tərk etməyə çağırıb

Misir səfirliyi bütün ölkə vətəndaşlarını “mümkün qədər tez” Ukraynanı tərk etməyə çağırıb. Niyə müharibənin səkkizinci ayında belə “vacib məsləhət” verildiyi mesajda göstərilməyib.

APA-nın "Egypt Today"ə istinadən məlumatına görə, misirlilərdən qonşu ölkələrə əlçatan quru yollarla Ukraynanı tərk etmələri istənilib. Ölkəni tərk etməyə qərar verən hər kəs səfirliklə əlaqə saxlamalı və məlumatlarını yeniləməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR