İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan və Lavrov telefonla danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Danışıq zamanı tərəflər Ermənistan–Rusiya ikitərəfli gündəliyinin aktual məsələlərini müzakirə ediblər və iki ölkə arasında müxtəlif səviyyələrdə siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin keçən həftə iki ölkə XİN-ləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin nəticələrini dəyərləndirib və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Ermənistan son dövrlər Qərblə yaxınlaşmaq cəhdlərini sürətləndirsə də, Moskva ilə rəsmi əlaqələri qorumağa çalışır. Tramp ABŞ prezidenti seçildikdən sonra isə rəsmi İrəvan Kremlə doğru daha çox meyllənməkdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR