Onlayn ictimai-siyasi qəzet
“Ermənistan beynəlxalq platformalarda Rusiyanın maraqlarını nəzərə almağa çalışır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
“Digər mühüm göstərici beynəlxalq platformalarda əməkdaşlıqdır. Biz həmişə Rusiyanın maraqlarına anlayışla yanaşmağa çalışırıq ki, Rusiya tərəfi də beynəlxalq platformalarda müəyyən dərəcədə Ermənistanın maraqlarını nəzərə alsın. Beynəlxalq platformalarda əməkdaşlıq əlaqələrimizin bir hissəsidir və biz bu ənənəni davam etdirmək niyyətindəyik”, - o deyib.
Şahanə Rəhimli
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ