Onlayn ictimai-siyasi qəzet
Xaçmazda qətl hadisəsi törədilib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaspoladoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Məmmədova Yaqut Bayram qızı boğaz nahiyəsindən yaylıqla boğulmaqla qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadına xəsarət yetirməkdə həyat yoldaşı A.Məmmədov şübhəli bilinir. O, özü könüllü təslim olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
09 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ