İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirkazım Kazımov vəfat etdi

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

Musavat.com xəbər verir ki,  bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.

Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub. Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR