Onlayn ictimai-siyasi qəzet
İrlandiya Böyük Britaniyadan ölkəyə daxil olan kütləvi qeyri-qanuni miqrant axını ilə üzləşir, burada onları Ruandaya qovmaq üçün qanun qəbul edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, son günlər İrlandiyaya sığınacaq üçün müraciət edənlərin 80%-i Böyük Britaniyadan Şimali İrlandiya ilə qorunmayan sərhəddən ölkəyə daxil olub.
“Mən qətiyyən başqa bir ölkənin immiqrasiya siyasətinin bizim ölkəmizə təsir etməsinə icazə verməyəcəyəm. Ölkəmiz heç bir şəkildə digər insanların miqrasiya problemlərinin həlli üçün boşluq yaratmır və ya formalaşdırmır”, - İrlandiyanın Baş naziri Saymon Harris bildirib.
Qeyd edək ki, ABŞ və bir çox Avropa ölkələri son bir ildə miqrantlara qarşı sərt siyasət yeridirlər. Bu da o deməkdir ki, miqrasiyanın kütləvi və “qızıl dövrü” artıq arxada qalıb. İndi onlara dünyanın heç bir ölkəsində qucaq açmırlar.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ