İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlarla turist Qazaxıstana gəlir və gedir - Örnək statistika

Qazaxıstanın Milli Statistika Bürosu ölkəyə giriş və çıxış turizmi ilə bağlı məlumatları təqdim edib.

Musavat.com sözügedən ölkənin mediasına istinadla xəbər verir ki, 2023-cü ilin birinci rübündə 1,4 milyon qazaxıstanlı xaricə gedib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2022-ci ilin yanvar-mart ayları - 845,2 min gediş) 66% çoxdur.

Eyni zamanda, Qazaxıstanın özü turizm məkanı kimi 1,1 milyon nəfər tərəfindən seçilib ki, bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə (2022-ci ilin yanvar-mart ayları - 293,2 min nəfər) 3,9 dəfə çoxdur. Bu ilin üç ayı ərzində ölkə daxilində 1,3 milyon (2022-ci ildə - 1,1 milyon) insan istirahət edib.

Yerləşdirmə məkanlarının sayı 3 848 ədəd təşkil edib. Ötən ilin birinci rübü ilə müqayisədə onların sayı 92 nəfər artıb. Xidmət göstərilən ziyarətçilərin sayı 1,5 milyon nəfər təşkil edib. Kurort zonalarını 703 mindən çox istirahət edən ziyarət edib.

Üç ay ərzində yerləşdirmə yerləri tərəfindən göstərilən xidmətlərin həcmi 43,1 milyard tenge təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,8% çoxdur. Qazaxıstanda birinci rübdə 173 min qonağın qəbul edildiyi 25 beşulduzlu məkan var.

Qeyd edək ki, hələ pandemiyanın davam etdiyi dönəmlərdə də Qazaxıstan qonşu ölkələrə quru sərhədlərini ilk mülayişləşmədə açıb. Bu isə quru sərhədlərdən ölkəyə gəlib-gedənlərin sayında mühüm rol oynayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR