İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarderlər ağlaşır - Fridmanın vəkili onun "məhv edilmiş həyatı" haqqında danışıb

Rusiyalı iş adamı Mixail Fridmanın vəkili Tyerri Maramber Avropa Ümumi Yurisdiksiya Məhkəməsində bildirib ki, "Alfa Group"un təsisçisinin həyatı Avropa sanksiyaları səbəbindən məhv olub.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Fridmanın müdafiəsi onun “Rusiya hakimiyyətinin şəriki” olması, Ukraynadakı hərbi əməliyyatları dəstəkləməsi və bundan faydalanması ilə bağlı ittihamları rədd edir.

Maramber əlavə edib ki, bu cür ittihamlar Fridmanın həyatına çox mənfi təsir edir, üstəlik, heç nəyə əsaslanmır.

Bundan əvvəl “Financial Times” Fridmanın və digər rusiyalı iş adamı Pyotr Avenin “Alfa Bank”dakı səhmlərini biznes ortağı Andrey Kosoqova 178 milyard rubla (2,34 milyard dollar) satmaq planlarından yazmışdı.

Kosoqov nəşrə verdiyi müsahibədə müqavilənin bağlandığını təsdiqləyib və əlavə şərh verməkdən imtina edib. Aven və Fridman da qəzetin əməkdaşlarının sorğularına cavab verməyiblər.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Yayılam məlumatlara görə, rusiyalı milyarderlərin əksəriyyəti məruz qaldıqları sanksiyalardan gileylidirlər və hamısı böyük maliyyət itkisinə məruz qaldıqlarını bildirirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR