İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder turistləri batıran şirkət işini dayandırıb

"Titanik" gəmisinin qalıqlarına baxmaq üçün okeanın dibinə enən və ona 500 metr qalmış partlayan və milyarder turistlərin ölümünə səbəb olan "Titan" sualtı qayığının sahibi işini dayandırdığını elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət öz internet saytında “bütün kəşfiyyat və kommersiya əməliyyatlarını” dayandırdığını bildirən bir sətirlik qeyd yerləşdirib.

İyunun 18-də sualtı qayığın "Titanik"in qəzasına düşərkən necə partlaması ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, “OceanGate” özəl şirkəti 2009-cu ildən elmi dərin dəniz ekspedisiyaları təşkil edərək sualtı turizm sahəsində fəaliyyət göstərir.

"Titan"ın ekipaj üzvlərinin həyatının son saatlarının təfərrüatları daha əvvəl məlum olub. "Tiran"da ingiltərəli iş adamı Hamiş Hardinq, pakistanlı biznesmen Şahzadə Davud və oğlu Süleyman olub. Qayığın kapitanı və fransız bələdçi də onlarla birlikdə həyatını itirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR